• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adlayıb

İDMAN

29 Noyabr 2023 | 17:05

Araz-Naxçıvan ölkə kubokunda darmadağınla mərhələ adlayıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün üçüncü matçında "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/8 finalda "İrəvan"la qarşılaşacaq.

Daha əvvəl "Kəpəz" və "Qaradağ Lökbatan" növbəti mərhələyə vəsiqə qazanıblar. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024