• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

HADİSƏ

15 Iyul 2025 | 11:28 | Müəllif: Gülşən Şərif

Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini, 1980-ci il təvəllüdlü Həsən Zöhrabov (ad və soyad şərtidir) saxlanılıb və 10 sutka inzibati qaydada həbs edilib. O, Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilib.

10 sutka başa çatandan sonra H.Zöhrabov müvəqqəti saxlama yerindən azad edilib. Amma onun azadlığı bir neçə dəqiqə çəkib. Həsən həbsdən azad olunarkən şöbənin inzibati binasında polis əməkdaşlarını təhqir edib. O, şöbə əməkdaşlarına - "utanmazlar, məni heç nədən həbs etdilər", - deyərək ətrafdakılara təhqiredici ifadələr işlədərək səs-küy salıb. Polis əməkdaşları onu sakitləşməyə çalışsalar da, o, yenidən əməllərinə davam edib. H.Zöhrabov yenidən saxlanılıb və barəsində təkrar inzibati protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə H.Zöhrabov yenidən 15 sutka inzibati həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026