• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Astarada meşə sahəsində yanğın baş verib

HADİSƏ

06 Mart 2023 | 21:32 | Müəllif: Subhan Mahmudov

Astarada meşə sahəsində yanğın baş verib

Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Bakıvaxtı.az-a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb sözügedən kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılmasıdır.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa,  yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026