Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-iin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qəzada xəsarət alan 2020-ci il təvəllüdlü Bayxan Bağırov qaldırıldığı xəstəxanada dünyasını dəyişib.
***
17:15
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb
Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:
"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü 1 qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".
Faktla bağlı araşdırma aparılır.
***
16:44
Salyanda ağır yol qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və “Toyota Prius”un toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.









jpg-1683288966.webp)

jpg-1683285147.webp)





jpg-1683263384.webp)



