• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Avro-2020: İngiltərə 1/4 finalda

İDMAN

29 Iyun 2021 | 22:18

Avro-2020: İngiltərə 1/4 finalda

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.

"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.

1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda İngiltərəyə rəqib olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR