Rusiya təbii qazı kəsdi, balanslar dəyişdi: ABŞ-dan ani qərar Avropa İttifaqı (Aİ) ölkələri enerji təchizatı təhlükəsizliyini artırmaq üçün bu qış könüllü olaraq qaza olan tələbatı 15 faiz azaltmağa razılaşıblar. Ölkələr əvvəllər Aİ-nın 'fövqəladə plan' təklifinə qarşı çıxdılar, lakin Rusiyadan gələn son xəbər bütün balansları dəyişdi.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Gazprom” aylardır Avropanın ən böyük kabusuna çevrilən “qazın kəsilməsi” planını həyata keçirib.
Rusiyadan verilən açıqlamada sabah Avropa Birliyinə qaz axınının "əhəmiyyətli dərəcədə" azalacağı açıqlanıb. Rusiyanın bu addımına Avropadan cavab gecikməyib.
Avropa İttifaqı qaza tələbatı azaltmaq və enerji resurslarından silah kimi istifadə edən Rusiyadan qaz təchizatında mümkün fasilələrə hazır olmaq qərarına gəlib. Üzv ölkələr öz qərarları ilə 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaza olan tələbatlarını son 5 ildə orta istehlakla müqayisədə 15 faiz azaltmağa razılaşıblar. “Şimal axını” boru kəməri Avropanı ildə 55 milyard kubmetr qazla təmin edərək qitənin tələbatının təxminən 40 faizini ödəyirdi. Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela verdiyi açıqlamada, "Aİ birlik və həmrəylik içərisindədir. Aİ-yə üzv ölkələr bu gün qəbul etdikləri qərarla Rusiyanın Aİ-nin parçalamaq cəhdinə qarşı duracaqlarını açıq şəkildə göstərdilər. enerji resurslarından silah kimi istifadə etməklə.
Aytac Aslan
















