Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***15:14
Masallıda açıq ərazidə yanğın qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında, seyrək ağaclıq ərazidə baş verib.
Çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunublar.(apa)
















