• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Güzəştli mənzillərin seçim prosesi başa çatdı - YENİLƏNİB

CƏMİYYƏT

24 Sentyabr 2022 | 15:39

Güzəştli mənzillərin seçim prosesi başa çatdı - YENİLƏNİB

Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçim prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.

Onun sözlərinə görə, vətəndaşlarin əksəriyyəti mənzil seçimi ərizələrini imzalayiblar.
 

14:28

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi bu gün yenidən keçiriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin güzəştlə satışı prosesi elektron qaydada keçiriləcək. Satış prosesinin saat 15:00-da başlaması nəzərdə tutulub.

Qeyd edək ki, daha öncəyə planlaşdırılan satış prosesi baş tutmamışdı. Belə ki, satış başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Həmin vaxt bildirilib ki, güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb. 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR