• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müəllimlər arasında çempionat keçiriləcək 

CƏMİYYƏT

24 Oktyabr 2022 | 13:08

Müəllimlər arasında çempionat keçiriləcək

2022-ci il 22 və 23 oktyabr tarixlərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə Bakı şəhərində "Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin debat təlimləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təlim zamanı müəllimlər "Debatda Hakimlik", "Milli debat proqramı", "Karl-Popper Debat Formatı", "Debat fəlsəfəsi və metodologiyası" və "Debatın Tarixi" mövzularında yeni biliklərə yiyələnmişlər. Bununla bərabər, "Debatda çarpaz suallar", "Debatın əsas anlayışları", "Debatın vəzifələri" və "Debatda toqquşma nöqtələri" praktiki olaraq izah edilmiş və fikir mübadiləsi aparılıb.

Layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsidir. 

Oktyabrın 30-da təlimlərdə iştirak etmiş müəllimlər arasında çempionat keçiriləcəkdir.

Qeyd edək ki, bu layihə 2022-ci il aprel ayının 13-də  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026