• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Medianın saflaşması uğrunda mübarizə aparacağıq” - MŞ-nın yeni sədri

CƏMİYYƏT

24 Sentyabr 2022 | 15:55

"Medianın saflaşması uğrunda mübarizə aparacağıq” - MŞ-nın yeni sədri

“İndi informasiya məkanı genişlənib. Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mətbuat Şurası jurnalist adına xələl gətirən insanlara müraciət edəcək:

“Biz onları etik davranışlara uyğun olaraq fəaliyyət göstərməyə çağıracağıq. Mətbuat Şurası bundan sonra da əvvəlki ənənələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən olan gözləntilərinin doğrulması sahəsində Mətbuat Şurasının böyük rolu olacaq”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026