• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avqust ayının sosial yardımları ödənilib

CƏMİYYƏT

25 Avqust 2022 | 17:27 | Müəllif: Subhan Mahmudov

Avqust ayının sosial yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün ödəyib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri bu gün yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026