• Bakı 26° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Avtomobillərin icbari sığorta qiymətləri ARTDI

CƏMİYYƏT

21 Avqust 2023 | 22:08

Avtomobillərin icbari sığorta qiymətləri ARTDI

Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, sığorta eksperti Vüsal Bədəlov Xezerxeber.az-a bildirib ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.

Ekspert diqqətə çatdırıb ki, hazırki qiymətlər  sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.

O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.

Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.


SON XƏBƏRLƏR

11 Iyun 2025