• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Axund namaz üstündə bıçaqlandı

HADİSƏ

29 Sentyabr 2022 | 10:45

Axund namaz üstündə bıçaqlandı

Lənkəranda axund bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.


DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran ŞRPŞ-də faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. /APA


SON XƏBƏRLƏR