• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan-Britaniya əməkdaşlığı genişlənir

SİYASƏT

07 Dekabr 2023 | 11:50

Azərbaycan-Britaniya əməkdaşlığı genişlənir

Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında ticarət və iqtisafi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının altıncı iclasının protokolu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, protokolda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqlar əksini tapıb.

Keçirilən iclasın nəticələrinə əsasən, biznes mühitinin daha da yaxşılaşdırılması və sərmayələrin artırılması, təhsil sahəsində əməkdaşlıq əldə olunub.

Bundan başqa təhsil sahəsində əməkdaşlıq, müəllimlərin peşəkar inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının uğurla işə salınmasından sonra ali təhsildə transmilli Təhsil üzrə yeni tərəfdaşlıqlar üçün gələcək imkanların araşdırılması, tədqiqat sahəsində institusional tərəfdaşlıq üçün yeni imkanların araşdırılması və tədqiqat sahəsində fərdi potensialın yaradılması, infrastruktur və dizayn sahəsində əməkdaşlıq (yaradıcı sənayelər, turizm, planlaşdırma, rayonlaşdırma, su və memarlıq daxil olmaqla), kino layihələrini həyata keçirən prodüserlər üçün təlim istehsal və maliyyələ axtarışının müzakirəsi qərara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026