• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Azərbaycan hərbçiləri TƏLİM KEÇDİ - VİDEO

CƏMİYYƏT

15 Fevral 2024 | 17:52

Azərbaycan hərbçiləri TƏLİM KEÇDİ - VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Məlumata görə, Özbəkistan Müdafiə Nazirliyinin "Çimqan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər.
    “Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Sentyabr 2026