• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan millisi FİFA reytinqində geriləyib

İDMAN

12 Avqust 2021 | 11:58

Azərbaycan millisi FİFA reytinqində geriləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, cədvəldə bir sıra dəyişikliklər olub.

Bu, Azərbaycan millisindən də yan ötməyib. Yığmamız 1166 xalla dünyanın 112-cisidir.

Komandamız sonuncu dəfə mayda açıqlanan reytinqlə müqayisədə 2 pillə geriləyib. Komandamız Namibiya, Syerra-Leone və Estoniyadan geri düşsə də, Tailandı arxada qoyub.

Qeyd edək ki, Belçika (1822) 1-ci pillədə qalıb, Braziliya (1798) Fransanı (1762) keçərək 2-ci yerə yüksəlib. Qardaş Türkiyə yığması 10 pillə geriləyərək 1464 xalla 39-cu sırada qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026