• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Azərbaycan  öhdəliklərini yerinə yetirir" - Əli Əsədov

SİYASƏT

28 Oktyabr 2022 | 16:12

"Azərbaycan öhdəliklərini yerinə yetirir" - Əli Əsədov

MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Baş nazir Əli Əsədov Birinci Qarabağ müharibəsinin gedişində Ermənistanın törətdiyi cinayətlərə diqqəti cəlb edib.

Bakıvaxtı.az  xəbər verir ki, Baş nazir Əli Əsədov deyib ki, Birinci Qarabağ müharibəsində erməni hərbi qulluqçular təkcə azərbaycanlı hərbi qulluqçulara deyil, dinc sakinlərə də misli görünməmiş divan tutublar.

“1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Dörd minə yaxın azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat təqdim edilməyib. İşğaldan sonra biz həm hərbi qulluqçuların, həm də dinc əhalinin kütləvi məzarlıqlarını aşkar edirik”, -Baş nazir vurğulayıb.

Əli Əsədov bir daha bəyan edib ki, Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026