• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb - FOTOLAR

GÜNDƏM

23 Sentyabr 2024 | 19:19 | Müəllif: Subhan Mahmudov

Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb - FOTOLAR

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim sentyabrın 27-dək davam edəcək.


Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb - FOTOLARAzərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR