• Bakı 26° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

CƏMİYYƏT

12 Iyun 2025 | 09:53

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında "Hərbi tibb sahəsində əməkdaşlıq" üzrə ikitərəfli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb Fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini və İstirahət evini ziyarət ediblər.


SON XƏBƏRLƏR

12 Iyun 2025