• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Azərbaycan və Özbəkistan birgə hərbi təlimlər keçirəcək

CƏMİYYƏT

28 Iyul 2023 | 12:41

Azərbaycan və Özbəkistan birgə hərbi təlimlər keçirəcək

“Azərbaycan Müdafiə Nazirliyi və Özbəkistan Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir.

Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR