20 il ərzində Azərbaycana qarşı istifadə edilən zenit-raket sistemlərinin adları açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, 2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raketi, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özü yeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarə olunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular qanunsuz əldə edilərək Rusiya Federasiyasından gizli üsullarla Ermənistan Respublikasına, oradan isə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirməklə Azərbaycana qarşı təcavüzkar müharibədə istifadə edilib.