• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Azərbaycanda koronavirusa yoluxanların sayı ARTDI - 19 nəfər öldü

CƏMİYYƏT

28 Yanvar 2022 | 18:34 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda koronavirusa yoluxanların sayı ARTDI - 19 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvatxı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib, aktiv xəstə sayı 17 204 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, ötən müddət ərzində isə ümumilikdə 6 119 861 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR