• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

“Azərbaycanda, Liviyada, Qətərdə və başqa coğrafiyalarda sülhə töhfə veririk” - Hulusi Akar

DÜNYA

01 Sentyabr 2021 | 16:01

“Azərbaycanda, Liviyada, Qətərdə və başqa coğrafiyalarda sülhə töhfə veririk” - Hulusi Akar

“Azərbaycanda, Liviyada, Qətərdə və başqa coğrafiyalarda sülhə töhfə veririk”.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstandan təxliyə işlərini həyata keçirmiş ekipaj üzvləri üçün Kayseridə keçirilmiş qarşılama mərasimində çıxışı zamanı söyləyib.

“Biz bu işləri görərkən qonşularımızın suverenliyinə, haqq və hüquqlarına, sərhədlərinə hörmətlə yanaşırıq. Bizim tək məqsədimiz xalqımızın, ölkəmizin, təhlükəsizliyidir və bunun üçün çalışırıq. Türk Silahlı Qüvvələri NATO, BMT, Aİ, ATƏT missiyaları ilə ikitərəfli münasibətlər çərçivəsində Azəbaycanda, Liviyada, Qətərdə, Somalidə, Bosniya və Herseqovinada, Kosovada və başqa coğrafiyalarda dünya və region sülhünə töhfə verir, dost və qardaş ölkələrin haqlı mübarizələrini dəstəkləyir”, - o qeyd edib.

H.Akar təxliyə prosesində dəstək göstərmiş tərəflərə təşəkkür edib: “Təxliyə prosesi zamanı Türk Silahlı Qüvvələrinə dəstək olan yerli personala, ABŞ, Böyük Britaniya, Almaniya başda olmaqla, təyyarə ayrılması və digər lazımi dəstəyi təmin edən NATO müttəfiqlərimizə, səmimi əməkdaşlığa görə Pakistan və Tacikistana təşəkkür edirəm. Xüsusilə Kabildə birlikdə xidmət edən qəhrəman və can qardaşımız Azərbaycan əsgərlərinə, təxliyə prosesində başda XİN və DİN olmaqla, digər nazirliklərimizə əməkdaşlığa görə təşəkkür edirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR