• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda qocaman təhsil işçisi vəfat etdi - FOTO

CƏMİYYƏT

19 Mart 2024 | 16:17

Azərbaycanda qocaman təhsil işçisi vəfat etdi - FOTO

Azərbaycanda qocaman təhsil işçisi vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Naxçıvan Dövlət Universitetinin müəllimi Sübhi Kəngərli 87 yaşında dünyasını dəyişib.

Sübhi Kəngərli 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi işçi kimi fəaliyyətə başlamış və muzeyin ilk yaradıcılarından biri olub. 1975-1980-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Etika və estetika” üzrə qiyabi aspiranturasını bitirib.

30 il Ədəbiyyat Muzeyinə rəhbərlik edib. 1973-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə bașlayıb. 2012-ci ildən Arxiv işi və Muzeyşünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib, Bəhruz Kəngərli muzeyində müdir vəzifəsində çalışıb.

 


SON XƏBƏRLƏR

26 Aprel 2024