• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: Filmə getməyin - Kartınızdakı pullar silinəcək

CƏMİYYƏT

27 Oktyabr 2023 | 12:50

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: Filmə getməyin - Kartınızdakı pullar silinəcək

"Azərbaycanda "Tinder ovçuları" aktivləşib".

Bakıvaxtı.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, “Tinder ovçuları” dələduzluğu yenidən Azərbaycanda aktivləşib. F.Pərdəşünas bildirib ki, “Tinder” sosial şəbəkəsində Azərbaycana yeni gəldiklərini iddia edən xanımlar, oğlanlarla tanış olur: "Tez-bazar görüş üçün oğlanlara saxta sinema saytı göndərirlər ki, bilet al, axşam filmdə arxa sıralarda oturaq və emosianal ehtiyaclarımızı ödəyək".

"Bu linklər yerli sinema saytlarının kopyası olur və fişinqdir. Kartınızdan bütün pullar çəkiləcək", - deyə Fərid Pərdəşünas vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026