• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı şayiələrə Rusiya XİN-dən AÇIQLAMA

DÜNYA

27 Mart 2024 | 21:33

Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı şayiələrə Rusiya XİN-dən AÇIQLAMA

Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı bu gün keçirilən brifinqdə sual verən erməni jurnalistə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova xatırladıb.

O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur.

“Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”, -deyə Zaxarova bildirib.


SON XƏBƏRLƏR