• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Azərbaycanla İran arasında problem yaratmaq istəyən qüvvələr var

SİYASƏT

06 Iyun 2024 | 16:32 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanla İran arasında problem yaratmaq istəyən qüvvələr var

Prezident İlham Əliyev ilə İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber arasında telefon danışığı olub. Telefon danışığı əsnasında ölkələr arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.

Prezident İlham Əliyevlə mərhum prezidenti Seyid İbrahim Rəisinin görüşü, müzakirələri, əldə edilmiş razılaşmaların əhəmiyyəti xatırladılıb. Bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İranla birlikdə fəaliyyətini davam etdirəcək.

Məhəmməd Moxber də öz növbəsində əldə edilmiş razılaşmaların ölkələrimizin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib.

Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İran Azərbaycanın cənub qonşusu olmaqla bərabər həm də ən çox soydaşımızın yaşadığı bir ölkədir.

Professor bildirib ki, İran və Azərbaycan eyni dinə, oxşar mədəniyyətə sahibdir:

"Azərbaycan və İran arasında zaman-zaman problem yaratmaq istəyən qüvvələr olub, bundan sonra da olacaq. Bu qüvvələr iki ölkənin antoqonist vəziyyətdə olmasını istəyirlər. Ələlxüsus, Ermənistan və Fransa kimi ölkələr Bakı-Tehran əlaqələrinin gərgin qalmasında maraqlı olublar. Amma Azərbaycan hər zaman İranla münasibətlərin normal olmasına çalışıb”.

Müsahibimiz bildirib ki, o baxımdan dövlət başçısı İlham Əliyevin İran prezidentliyi vəzifəsini müvəqqəti icra edən Moxberi ilə bir müddət öncə tərəflər arasında əldə edilmiş razılaşmaların müzakirəsi normal və təbiidir:

“Mərhum prezident Rəisi ilə razılaşdırılmış planlar, strategiyalar var. İrana hazırda rəhbərlik edən şəxslər bunu nəzərdən qaçırmamalıdır. Dövlətin başçısı dəyişsə də, qəbul etdiyi strategiya dəyişməməlidir. Bu mənada Prezidentin telefon zəngi bir növ xatırlatma mahiyyəti də daşıya bilər".

Cümşüd Nuriyev: İranla əməkdaşlığın normallaşması Bakının xarici siyasətinin önəmli bir istiqamətidir

C.Nuriyev vurğulayıb ki, Azərbaycan İranla Naxçıvana dəhliz məsələsinin də müzakirəsini aparır:

"İki ölkə rəhbərinin iştirakı ilə su elektrik stansiyasının və su anbarının açılışı baş tutdu. Qarşıda daha mühüm ortaq layihələrin icra olunacağı deyilir. Azərbaycanın öz iqtisadi maraqları var və Bakı eyni zamanda cənublu soydaşlarımızın iqtisadi maraqlarına uyğun da addımlar atır. Bunlar da dövlətlərarası münasibətlərin tənzimlənməsinə yönəlib. İranla əməkdaşlığın normallaşması və genişləndirilməsi Bakının xarici siyasətinin önəmli bir istiqamətidir".

Aydən Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026