• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycanlı zəvvarlar qayıdır

CƏMİYYƏT

18 Iyul 2022 | 11:21

Azərbaycanlı zəvvarlar qayıdır

“Həccə gedən azərbaycanlı zəvvarların bir qismi sabah, digər qismi isə iyulun 20-də Bakıya qayıdacaq”.

Bu barədə Bakıvaxtı.az-a Qafqaz Müsəlmanlar İdarəsinin xarici işlər şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. 

Onun sözlərinə görə, zəvvarlar hazırda Mədinə şəhərindədir:

“Ziyarətin ilk günlərində xəstələnən, soyuqlayan zəvvarların səhhəti artıq yaxşıdır. Sabah səhər və axşam 2 reys, iyulun 20-i səhər və axşam daha 2 reys olmaqla zəvvarlar hissə-hissə Bakıya qayıdacaq”.

Qeyd edək ki, Azərbaycandan zəvvarların bir qisminin Bakıdan Həccə uçuşu iyun ayının 29 və 30-u, digər qismi isə iyul ayının 1 və 2-də baş tutub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026