• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda quldurluq edən şəxslər saxlanıldı

CƏMİYYƏT

17 Avqust 2022 | 10:57 | Müəllif: Subhan Mahmudov

Bakıda quldurluq edən şəxslər saxlanıldı

Avqustun 16-da Sabunçu RPİ 12-ci Polis Şöbəsinə rayon ərazisində 2 nəfərin Sabunçu qəsəbə sakini S.Hüseynova küt alətlə xəsarət yetirərək onun 108 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı saxlanılıb.  

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026