• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı merinin müavinlərini Prezident təyin edəcək

CƏMİYYƏT

10 Aprel 2023 | 11:16

Bakı merinin müavinlərini Prezident təyin edəcək

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq.

Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026