• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakıda avtomobil yandı - VİDEO

HADİSƏ

17 Dekabr 2024 | 22:22 | Müəllif: Subhan Mahmudov

Bakıda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KİA” markalı minik avtomobilinidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxında park edilmiş avtomobillər yanğından mühafizə olunub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026