• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə QƏRAR

HADİSƏ

16 Yanvar 2025 | 10:46

Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə QƏRAR

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.

Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.

Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.


Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.


SON XƏBƏRLƏR