• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda bir-birinə bitişik üç ev yanıb

HADİSƏ

28 Avqust 2022 | 17:26 | Müəllif: Subhan Mahmudov

Bakıda bir-birinə bitişik üç ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayon ərazisində ümumi sahəsi 65 m² olan mansarda tipli birmərtəbəli 4 otaqlı evin mansardası və yanar konstruksiyaları 52 m² sahədə, bitişik ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və digər bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026