Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 4 ədəd açar və giriş kabeli 2 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















