• Bakı 15° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Şəkidə qonşu-qonşunu GÜLLƏLƏDİ

HADİSƏ

19 Fevral 2022 | 11:12 | Müəllif: Subhan Mahmudov

Şəkidə qonşu-qonşunu GÜLLƏLƏDİ

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026