• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda mənzildə yanğın oldu - YENİLƏNİB

CƏMİYYƏT

08 Fevral 2024 | 17:34

Bakıda mənzildə yanğın oldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin yanar kontruksiyaları 10 m² sahədə və bitişik mənzilin eyvanının taxta atmaları 1 m² sahədə yanıb.

    Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

    Xəsarət alan yoxdur.

    ...

    16:53

    Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

      Yanğınsöndürmə işləri həyata keçirilib. Yanğın söndürülüb.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      06 Noyabr 2026