• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA (VİDEO)

HADİSƏ

19 May 2022 | 19:46 | Müəllif: Subhan Mahmudov

Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA (VİDEO)

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli "Report"a bildirib ki, qeyd edilən hadisə Babək prospektində baş verib:

"Həmin görüntülərdəki nəqliyyat vasitəsi Nizami Rayon Dövlət Yol Polisinə məxsus avtomobildir. Yaşlı qadın yolu keçən zaman onun ayağı büdrəyərək avtomobildən xeyli aralıda yerə yıxılır. Həmin DYP avtomobili qadına dəyməyib. Polis əməkdaşları da maşını saxlayaraq qadına kömək edib yolu keçirirlər. Bizdə hadisə ilə bağlı digər videogörüntülər də var. Görüntülərdən aydın şəkildə görünür ki, polis avtomobili qadını vurmayıb".

Qeyd edək ki, sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması iddiası ilə videogörüntülər yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026