• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

HADİSƏ

07 Iyul 2024 | 18:27 | Müəllif: Subhan Mahmudov

Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında baş vermiş yanğın söndürülüb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

18:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026