• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakıdakı toz dumanı ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

25 Aprel 2022 | 18:45 | Müəllif: Subhan Mahmudov

Bakıdakı toz dumanı ilə bağlı AÇIQLAMA

Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan  toz kütlələri daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda  havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan iki dəfəyədək yüksəkdir”. 

Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR