• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazirlikdə yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

CƏMİYYƏT

25 May 2022 | 18:40 | Müəllif: Subhan Mahmudov

Nazirlikdə yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a nazirin müşaviri Rəşad Bayramov məlumat verib.

Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı sərəncamlarla Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər. İndiyədək digər nazir müavinləri isə Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026