• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Günvurma zamanı İLK TİBBİ YARDIM: Nəyi necə etməli?

CƏMİYYƏT

24 Iyun 2022 | 15:25 | Müəllif: Qalib İbrahimoğlu

Günvurma zamanı İLK TİBBİ YARDIM: Nəyi necə etməli?

Yay aylarında yaşanan ən böyük problemlərdən biri də günvurma hallarıdır. Xüsusilə də uzun müddət açıq havada işləyən insanlar daha çox əziyyət çəkir. Bəs günvurma zamanı nə edilməlidir?

Terapevt Şücaət Həşimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, isti havalarda günvurma baş verməsi insanın uzun müddət günəş altında olması nəticəsində baş verir: “Xüsusən də, bədənin baş hissəsinə birbaşa infraqırmızı şüaların təsiri ilə əlaqədar günvurmalar baş verir. Günvurma nəticəsində, adətən, ürəkbulanma, qusma, halsızlıq, təngənəfəslik, göz bəbəyinin genişlənməsi, hətta daha ağır hallarda koma və ürəktutmalar da baş verə bilər. Günvurma vaxtı tərləmə artır, orqanizmdə su və duz mübadiləsi pozulur, istilik ötürmə mexanizmi işləmir, bədən daha çox isinməyə başlayır. Ümumiyyətlə, bədən temperaturunun artmasına ən çox mərkəzi sinir sistemi təsir göstərir”.

Onun sözlərinə görə, günəşin infraqırmızı şüalarının qızdırıcı təsiri təkcə bədənin səthinə deyil, eyni zamanda, beyinin dərin qatlarına təsir etdikcə beyində olan qan və limfa damarları genişlənir. Bu damarlar genişləndikcə beyinin boz maddəsi sıxılır. Beyin hüceyrələri, neyronlar oksigensiz şəraitdə yaşaya bilmədikləri üçün məhv olurlar, ünki burda boz maddə sıxıldıqda beyinə daxil olan oksigenin miqdarı artır.

Terapevt vurğulayıb ki, günvurma zamanı insanlara edilə biləcək ilk tibbi yardım olaraq onları sərin yerə gətirmək, uzandırmnaq, su vermək, bədən istiliyini aşağı salan vasitələrdən istifadə etmək vacibdir: “Sərin yerə gətirdikdə orda optimal rütubət və oksigenin olması vacib hallardan biridir. Xəstə baş və ayaqlar yuxarı qaldırılaraq uzadılır, üst geyimlər çıxarılır, xüsusən də döş qəfəsini sıxan paltarlardan azad edilir, mineral su içirdilir. Əgər mineral su yoxdursa, suya bir az duz və şəkər əlavə etmək olar”.

Həkim bildirir ki, xəstənin bədən temperatunu salmaq üçün bir parçanı su ilə isladıb bütün bədəni silnmək mümkündür: “Suyun temperaturunun 20 dərəcədən aşağı olması məqsədəuyğundur. Bədənin boyun, alın, bilək nahiyələrinə soyuq kompreslər qoymaq lazımdır. Əgər evdə varsa, iri damarların keçdiyi yerlərə, baş, boyun, qasıq nahiyyəsinə buz və yaxud soyuq su qoymaq məsləhətdir”.

Onun sözlərinə görə, xəstədə məcburi qusma varsa, xəstəni yanı üstə çevirmək və tənəffüs yollarını qusuntu materiallarından azad etmək məsləhətdir. Əgər xəstədə tənəffüs, ürək çatışmazlığı varsa, təcili olaraq xəstəyə süni tənəffüs və ürək masajı etmək məsləhətdir.

Sözsüz ki, belə hallarda ilk olaraq təcili tibbi yardımla əlaqə saxlamaq lazımdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR