• Bakı 20° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Zeytun yağının saysız-hesabsız FAYDALARI

CƏMİYYƏT

24 Iyul 2022 | 14:23

Zeytun yağının saysız-hesabsız FAYDALARI

Dünyanın ən qədim və ən sağlam qidası olan zeytundan istehsal edilən zeytun yağı, əsrlərdir dəri baxımından xərçəngə, sümük inkişafından xolesterinə qədər bir çox xəstəlik üçün istinad mənbəyimiz olub.

Bakıvaxtı.az xəbər verir ki, sağlamlıq üçün əvəzolunmaz olan zeytun yağını hər səhər acqarına içməyin saysız-hesabsız faydaları var.

Hər səhər bir qaşıq içmək üçün səbəblər:

- Xərçəngdən, xüsusilə yoğun bağırsaq (kolon) xərçəngindən qoruyur.

- Daha sağlam dəri, saç, dırnaq və sümüklərə sahib olmağa imkan verir. Saçları yumşaldır, qidalandırır, nəmləndirir və saç və dırnaqların tez uzanmasına kömək edir.

- Antioksidantlar və yağ turşuları baxımından çox zəngin olan zeytun yağı sərbəst radikalların yaratdığı zərərləri aradan qaldıraraq mümkün sallanmaların qarşısını alır, dərinin rəngini və toxumasını yaxşılaşdırır. Zeytun yağı ilə 15 dəqiqəlik masajlar sayəsində qan dövranını sürətləndirə və hüceyrələri bərpa edə bilərsiniz. Əslində bu masajla döşlərinin bir ay ərzində böyüdüyünü deyən qadınlar da az deyil. Zeytun yağının tərkibindəki fenolik birləşmələr olein turşusu ilə birləşdikdə, nəzarətsiz hüceyrə çoxalmasını boğar və xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Olein turşusu kolon xərçənginin əmələ gəlməsində xüsusilə təsirli olan öd turşularının istehsalını azaldır və selikli qişanın bütövlüyünü təmin edir.

- Orqanlarımızın təmizlənməsinə xidmət edən qaraciyərin özünü təmizləmək üçün zeytun yağına ehtiyacı var. Uşaqlarda beyin və sümük inkişafını sürətləndirir.

- E vitamini sayəsində qocalmanın təsirlərini azaltmaq və toxumaları yeniləmək qabiliyyətinə malikdir. - Kalsifikasiyanın qarşısının alınmasında böyük rol oynayır.

- İmmunitet sistemini gücləndirir: Zeytun yağının tərkibindəki yağ turşularının immun sisteminin müxtəlif funksiyalarına böyük töhfəsi var.

- Ürək xəstəliklərindən qoruduğu üçün E vitamini və selenium ehtiva edən zeytun yağı ateroskleroz və infarkt əleyhinə ən təsirli təbii vasitələrdən biri kimi tanınır. Bundan əlavə, zeytun yağı tərkibindəki K vitamini sayəsində damar divarlarına və ürək toxumalarına qoruyucu təsir göstərir.

- Zeytun yağı orqanizmdə iltihabı aradan qaldıran təbii vasitədir. Araşdırmalar göstərir ki, üç xörək qaşığı zeytun yağı içmək bir qutu dərmanın faydasının 10%-ni bədəninizə daxil etməyə imkan verir.

- Pis xolesterini azaldır, qan şəkərini tarazlaşdırır. O, həmçinin damar sağlamlığını qoruyan yaxşı xolesterolu artırır.

- Beyni qoruyur. Zeytun yağının Alzheimerdən qoruduğu, yaddaşı gücləndirdiyi və depressiya riskini azaltdığı bilinir.

Aytac Aslan


SON XƏBƏRLƏR

06 Iyun 2026