Kosmosun dərinliklərindən yüksək keyfiyyətli ilk görüntüləri dərc edilən Webb Teleskopu bu dəfə Yupiterin şəklini çəkib.
Bakıvaxtı.az-ın məlumatına görə, NASA-nın açıqlamasında deyilir ki, Yupiterdə nəhəng tufanlar, güclü küləklər, auroralar, ekstremal temperatur və təzyiq şərtləri ilə çox şey baş verir.
İndi NASA-nın Ceyms Uebb Kosmik Teleskopu planetin yeni şəkillərini çəkib. Uebbin Yupiterlə bağlı müşahidələri alimlərə Yupiterin daxili həyatı ilə bağlı daha çox ipucu verəcək.
Berklidəki Kaliforniya Universitetinin fəxri professoru, planetar astronom İmke de Pater bunun bu qədər yaxşı olacağını gözləmədiyini etiraf edib.
Aytac Aslan
















