• Bakı 17° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Direktor müəllimi döyüb? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

22 Sentyabr 2022 | 12:54

Direktor müəllimi döyüb? - RƏSMİ AÇIQLAMA

Goranboy rayonunun Kələk kəndində Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasovun müəllimə xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Goranboy Təhsil Sektorunun müdiri Xəyal Məmmədov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, məktəbin ibtidai sinif müəllimi, 2-ci sinfə dərs deyən Fatma Musayevanın dərs bölgüsü şikayəti ilə əlaqədar məktəbdə olublar:


"Müəllimi dəvət edib araşdırma apardıq. Onun tələbi 1 saat əlavə dərsin verilməsi ilə bağlı idi. Müəllimin tələbi yerinə yetirildi, 1 saat əlavə dərs verildi. Məktəbin direktoru müəllimə qarşı heç bir zor tətbiq etməyib. Əksinə, müəllimin ailə üzvləri biz orada olduğumuz vaxtda direktorun otağına daxil olaraq onu təhqir etdilər. Tərəfimizdən münaqişə yatırıldı. Hazırda məktəbdə vəziyyət normaldır. Hadisə şahidlərinin izahatı alınacaq", - deyə sektor müdiri vurğulayıb.


SON XƏBƏRLƏR