• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nazirlikdən növbəti MASKA TÖVSİYƏSİ

CƏMİYYƏT

23 Avqust 2022 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

Nazirlikdən növbəti MASKA TÖVSİYƏSİ

"Bəzi insanlar səhvən düşünürlər ki, maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi KT-dən üstündür. Bu kökündən yalnış fikirdir. MRT müayinəsi mədə-bağırsaq və ağciyərləri dəyərləndirə bilmir. Bu səbəbdən də ağciyər MRT-si çəkilməməlidir".

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev deyib.

Onun sözlərinə götrə, həmçinin bura ultrasəs müayinəsi (USM) də daxildir. USM-in ucuz və şüasiz bir müayinə olmasına baxmayaraq, ağciyərlərin dəyərləndirilməsində çox zəifdir. Bəzən həkimlər ağciyərlərin zədəsini daha qısa intervallarda dəyərləndirmək istəyirlər. Verilən şüa dozasını nəzərə alaraq ard-arda tomoqrafiya çəkmək tövsiyə olunmur. Bu səbəbdən də ağciyər tomoqrafiyası yerinə ağciyər rentgeni çəkilməsi daha məqsədəuyğun ola bilər.

Mütəxəssis bildirib ki, koronavirus ağciyərlərdən başqa digər orqanlarda da fəsadlara səbəb ola bilər: "Bu, sadəcə COVID-19 virusuna məxsus bir hadisə deyil. Digər viral pnevmaniyalarda da başqa orqanlar zədələnə bilər. Belə olan halda bizim vəzifəmiz zədələnmədə olan orqanlarda ehtimalı çox olan fəsadları üzə çıxartmaqdır".

A.Yəhyayev qeyd edib ki, koronavirusun ən ağır fəsadlarından biri laxtalanma sistemini aktivləşməsidir. Bu səbəbdən həkimlər bəzən virusa yoluxan xəstələrə qan durulaşdırıcı dərmanlar tövsiyə edir. Laxtalanma və tromb müayinəsində çox istifadə olunan üsul dopler müayinəsidir (damarların ultrasəs müayinə metodu).

"Bu cihazlardan başqa, bizdə “anju” olaraq bilinən invaziv angioqrafiya metodları da mövcuddur. Yəni, damarda laxtanın (trombun) göstərilməsi hansı orqandan olmasından aslı olmayaraq, bu müayinə vasitələri ilə mümkündür. İnvaziv angioqrafiyanın üstünlüklərindən biri də odur ki, bu müayinə metodu vasitəsi ilə sadəcə trombun göstərilməsi məhdudlaşmır".

O, yanaşı xəstəliyi olan insanlara virusdan qorunmaq üçün məsləhətlərini də verib. Bildirib ki, risk qrupuna xroniki ağciyər xəstəliyi, ürək-damar sisteminin xəstəliklərindən və yanaşı xəstəliklərindən əziyyət çəkən insanlar daxildirlər: "Məsələn, xroniki ağciyər xəstəliyi olanlar koronavirusun fəsadı nəticəsində ağciyərinin tutulması daha şiddətli və geniş həcmli ola bilər. Bu zaman koronavirusa qarşı müalicə təyin edən həkimə tövsiyə olunur ki, ağciyər həkimi və radioloqla birgə məsləhətləşsin. Bundan başqa, şəkərli diabet, hemodializ müalicəsi alan və siqaret çəkən şəxslərdə damar kirəcləşməsi (ateroskleroz) müşahidə oluna bilər.

Ona görə də yanaşı xəstəliklərdən əziyyət çəkənlər virusdan qorunmaq üçün gigiyena qaydalarına əməl etmələri vacibdir. Mümkün qədər insanların çox olduğu məkanlara getməkdən yayınmalı və ya qoruyucu maskalardan istifadə etmələrini tövsiyə edirəm. Unutmayaq ki, pandemiya hələ də davam edir və virusa yoluxanların sayı artır". 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR