• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Məktəb direktorunun müəllimi döyməsilə bağlı polis araşdırmalara başladı

CƏMİYYƏT

22 Sentyabr 2022 | 12:59

Məktəb direktorunun müəllimi döyməsilə bağlı polis araşdırmalara başladı

Goranboy rayonunda məktəb direktoru müəllimi döyərək xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, Goranboy rayon Kələk kənd tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranması nəticəsində direktor müəllimi döyərək ona xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, rayonun Kələk kənd tam orta məktəbində hadisə baş verməsi ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”. ,Trend


SON XƏBƏRLƏR