• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Bu məktəb iki ölkə arasında qardaşlığın rəmzi olacaq"

CƏMİYYƏT

24 Iyun 2022 | 14:43

"Bu məktəb iki ölkə arasında qardaşlığın rəmzi olacaq"

“Azərbaycan Prezident İlham Əliyevin iyun ayının 21-də dost və qardaş ölkə olan Özbəkistana səfəri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca mühüm tarixi hadisədir. Səfər çərçivəsində iki ölkə arasında imzalanmış 20-ə qədər sənəd Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin başlancıdır deyə bilərik”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib: "Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi.  Bu baxımdan əminliklə deyə bilərik ki, iki ölkə arasında imzalanmış sənədlər və strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair memorandum təsadüfi deyil. Nəsərə alsaq ki, bu gün dünyada beynəlxalq münasibətlər sistemində güc amili beynəlxalq hüququ üstələyib. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, iki ölkə arasında imzalanmış sənədlər və stratji tərəfdaşlığın dərinləşdirilməsinə dair memorandum olduqca mühüm əhəmiyyət kəsb edir və inanırıq ki, bu əməkdaşlığın perpektivləri digər türk dövlətləri üçün də örnək təşkil edər və digər ölkələr arasında da belə sənədlərin imzalanmasının, əlaqələrin möhkəmləndirilməsinin şahidi olarıq".

T.Cəfərova bildirib ki, işğaldan azda olunan ərazilərdə həyata keçirilən quruculuq işlərində də qardaş ölkə Özbəkistan Azərbaycana dəstək göstərir: "Belə ki, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Bu məktəb praktiki baxımdan həm də iki ölkə arasında qardaşlığın rəmzi olacaq".

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026