• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tez yuxuya getmək üçün 15 dəqiqə qaydası

CƏMİYYƏT

24 Iyun 2022 | 15:15 | Müəllif: Qalib İbrahimoğlu

Tez yuxuya getmək üçün 15 dəqiqə qaydası

Yuxusuzluq problemi olanlar üçün mütəxəssislərin 15 dəqiqəlik qayda tövsiyəsi diqqət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, Oksford Universitetinin nevroloqları Dr. Bryony Sheaves və Prof. Dr. Colin Espie yuxu təlimatı yaradıblar. Tədqiqatlar göstərir ki, ümumi əhalinin üçdə biri yuxuya getməkdə çətinlik çəkir və ya yuxusuzluqdan əziyyət çəkir.

Bəzi insanlar üçün yuxu problemi qısa müddətdə həll edilə bilər. Amma bəziləri üçün əlavə yardım lazımdır.

Nevroloqlar bildiriblər ki, yatağa getdiyiniz zaman 15 dəqiqədə yata bilmirsinizsə, yataqdan qalxmağa çalışın, başqa otağa keçin, yuxunuz gələnə qədər orda qalın. Yuxunuzdan məhrum olduğunuz üçün yataqdan qalxmaq sizə doğru gəlməyə bilər, lakin ekspertlər deyirlər ki, bu, ertəsi gün daha tez yatmaq üçün "yuxu təzyiqi" şəraitini yaratmağa kömək edir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026