• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“TEKNOFEST Azərbaycan” “Türksat” peyki ilə yayımlanacaq

CƏMİYYƏT

25 May 2022 | 17:58

“TEKNOFEST Azərbaycan” “Türksat” peyki ilə yayımlanacaq

26 – 29 mayda Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının “Türksat” peyki vasitəsilə yayımını “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) təmin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə “Teleradio” İB-yə məxsus DSNG rəqəmsal peyk stansiyası festivalın keçiriləcəyi əraziyə gətirilib və sınaq yayımları uğurla həyata keçirilib. Əsas və ehtiyat rəqəmsal yayım avadanlıqları ilə təchiz edilmiş stansiya vasitəsilə canlı yayımların Full HD formatında peykə ötürülməsi nəzərdə tutulur. Yayımların təyin olunan texniki parametrlərdə həyata keçirilməsinə nəzarət məqsədilə peyk stansiyası rəqəmsal monitor-nəzarət sistemi ilə də təmin olunub.

Qeyd edək ki, “Teleradio” İB-yə məxsus DSNG rəqəmsal peyk stansiyası buna qədər də bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin canlı yayımlarının peykə ötürülməsini uğurla həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026