Şəhərlərə yaraşıq verən həm də heykəllərdi. Bakıda tanınmış şəxslərin – ictimai xadimlərin, şair və yazıçıların, alimlərin – kifayət qədər heykəli var. Heykəl şəxsin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulur. Amma Bakıda heykəli olan şəxslər sağ olsaydılar, yuyulub-təmizlənmədiyinə görə heykəllərinin qoyulmasına razı olmazdılar.
Bakıvaxtı.az-ın əməkdaşları Bakıdakı heykəllərin yuyulub-yuylmaması ilə maraqlanblar. Yolumuzu metronun “28 May” stansiyası tərəfdən saldıq. Cəfər Cabbarlının heykəlinin qarşısındayıq. Ətraf insanlarla doludur. Heykəlin üstünü göyərçin nəcisi örtüb.
Heykələ söykənib teklefonla danışan gəncə yaxşınlaşıram. Elə heykəlin qonşuluğunda - Azərbaycan Neft və Sənaye Universitetində oxuyur. Üçüncü kurs tələbəsi olan Səbuhi Abdulla deyir ki, indiyə qədər bir dəfə də olsun, heykəlin yuyulduğunun şahidi olmayıb: “Hər gün Cabbarlı heykəlinin yanından ötüb keçirik. Düzünü desəm, bir dəfə belə görməmişəm ki, heykəl təmizlənsin”.
ADNSU-nun digər tələbəsi Gülşən Əzimzadə isə Cəfər Cabbarlının onun ən çox bəyəndiyi yazıçı olduğunu deyir: “Mən Cəfər Cabbarlının əsərlərini çox sevirəm. Qrup yoldaşlarımızla bir yerə getmək üçün toplaşanda həmişə burda – Cabbarlının heykəlinin yanında yığılırıq. Heykəli təmizləmirlər. Mən düşünürəm ki, bu, dahi şəxsiyyətimizə hörmətsizlikdir. Çünki “28 May”da nə qədər turist olur. Soruşsalar ki, “bu, kimdir”, necə deyəsən ki, Azərbaycanın dahi şəxsiyyəti, yazıçısı Cəfər Cabbarlıdır”.
“Tarqovı”da Natəvan heykəlinin yanında yerləşən restoran işçiləri ilə etdiyimiz sorğuda da təxminən eyni cavabları aldıq: “Heykəlin təmizliyinin şahidi olmamışıq. Yalan deməyəcəm, kimin heykəli olduğunu bilmirəm, amma xeyr, təmizlik aparılmır. İldə bir dəfə tozunu alarlar, ya yox. Amma heykəlin yuyulduğunu, ümumiyyətlə, görməmişəm”.
Azərbaycanın görkəmli şəxsiyyətlərinə bu cür münasibətin olması heç də ürəkaçan deyil.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Bakıvaxtı.az-a bildirib ki, heykəllər Mədəniyyət Nazirliyinin balansındadır: “Lakin heykəllər hansı parkda yerləşirsə və həmin parkın balansındadırsa, təmizliyi onlar yerinə yetirirlər”.
Nuranə Daxilqızı
Fotolar: Rəvan Baxışlı



jpg-1639143283.jpg)
jpg-1639143321.jpg)
jpg-1639143334.jpg)
jpg-1639143349.jpg)













